Çindən Avropaya yükdaşımalarla bağlı VACİB AÇIQLAMA

Çindən Avropaya yükdaşımalarla bağlı VACİB AÇIQLAMA
Açıqlama
İqtisadiyyat 72

"Azərbaycan üzərindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit daşımalar artan xətt üzrə inkişaf edir. Xüsusilə Şərq-Qərb istiqamətində Çindən Avropaya yükdaşıma göstəriciləri artır. 2025-ci ilin avqustunda Azərbaycan Orta Dəhlizlə Çindən 40 blok-qatar qəbul edib".

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumatda qeyd edilir ki, bu il ərzində ümumilikdə 265 qatar qəbul edilib ki, bunlardan 104-ü tranzit qatarıdır. Ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub. Bakı Limanında isə 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb6

"Bu, ötən ilin analoji dövrünün göstəricisi (47 157 TEU) ilə müqayisədə 48 faiz çoxdur. Bu onu göstərir ki, cari ildə Limanda konteyner aşırmaları 2024-cü ilin göstəricisini böyük həcmdə üstələyəcək. Elə bu yaxınlarda, 9 sentyabr 2025-ci il tarixində Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) keçən Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Orta Dəhlizdən 100 konteynerdən ibarət 237-ci blok-qatar qəbul edildi.

Ümumiyyətlə, Çinin müxtəlif vilayətlərindən, limanlarında Orta Dəhlizlə Azərbaycan ərazisi ilə qərb istiqamətində yüklər daşınır.

Hazırda Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yük axınlarının artırılması üçün aktiv iş aparılır. ADY Orta Dəhlizə daha çox yüklərin cəlb edilməsi məqsədilə xüsusilə Çinlə sıx əməkdaşlıq edir. Çinin Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü olan konteyner meydançasının açılması, CRCT şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış "Middle Corridor Multimodal" birgə müəssisəsinə qoşulması iki ölkənin səmərəli əməkdaşlığının göstəricisidir. Bundan başqa, Çin Dəmir Yolları ilə BTQ-nin potensialının artırılmasına dair razılığın əldə olunmasını da xüsusi qeyd etməliyik. Bildiyiniz kimi, BTQ Orta Dəhlizin mühüm seqmentlərindən biridir və ADY həyata keçirdiyi modernləşdirmə işləri sayəsində BTQ-nin illik yükötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib. Yəni BTQ-nin böyük potensialı var və bu xəttə daha çox yüklün cəlb edilməsi üçün tərəfdaşlarla iş aparılır".

ADY-dən həmçinin vurğulanb ki, eyni zamanda Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu – Avrasiya Nəqliyyat Marşrutu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir:

"Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu xəttinin tikintisi və istifadəyə verilməsi Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da var".

Orxan Hüseyn

Son xəbərlər