Çindən "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikasından "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir:
"Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir".
Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:
"Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb".
M.Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.
Oxşar xəbərlər
Bu müqavilə ilə ABŞ-Çin ticarət müharibəsi başa çatdı
ABŞ və Çin arasında ticarət müqaviləsi imzalanıb. BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Ağ Evdə təşkil edilən mərasimdə müqaviləni ABŞ Prezidenti Donald Tram...