Cəbrayılın Şükürbəyli kəndinə 2522 nəfərin köçürülməsi nəzərdə tutulur
Cəbrayıl rayonun Şükürbəyli kəndinə ümumilikdə 2 522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olarkən məlumat verilib.
Qeyd olunub ki, kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi planlaşdırılır.
İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.
Oxşar xəbərlər
Azərbaycan ötən il xaricdən 234 milyon dollar borc alıb
2025-ci il üzrə Azərbaycan üç yeni kredit sazişi üzrə ümumilikdə 233,8 milyon ABŞ dolları ekvivalentində (təsdiq olunduğu günə olan məzənnəyə uyğun, 397,5 milyo...