Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank" ASC-dəki payını 84,47 %-dən 86,25 %-ə çatdırıb.
BAKU.WS bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bu, "Premium Bank"ın nizamnamə kapitalının 20 milyon manat və yaxud 12,9 % artırılaraq 154,6 milyonmanatdan 174,6 milyon manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını C.Əsgərov əldə edib.
Son nəticədə digər səhmdarlar - "VIP Aviation Services" MMC-nin payı 15,22 %-dən 13,47 %-ə, Elvira Əhmədovanın payı isə 0,31 %-dən 0,28 %-ə düşüb.
Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.
Oxşar xəbərlər
10 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən "Startap" şəhadətnaməsinin verilməsi üçün müraciətlər daxil olmaqda davam edir. BAKU.WS...