Bu şəxslər üçün vergi azaldılıb
04
iyn
2018
13:15
2017-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyicilərinin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması əsasən üç mənbə hesabına baş verib.Bu barədə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.BAKU.WS xəbər verir ki, sənəddə verginin azalma faizləri qeyd edilib. Vurğulanıb ki, 2016-cı illə müqayisədə 2017-ci ildə daxilolmaların həcmi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan müəssisələr üzrə 38 mln. 984,9 min manat təşkil etməklə 23,4% (11 mln. 916,2 min manat), “Azərenerji” ASC üzrə 61 mln. 940,2 min manat təşkil etməklə 74,2% (178 mln. 511,7 min manat), "Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 46 mln. 819,3 min manat təşkil etməklə 30,2% (20 mln. 234,3 min manat) azalıb.Qeyd edək ki, “Azərenerji” ASC-nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması 2015-ci illə müqayisədə 2016-cı ildə də müşahidə olunub. Belə ki, “Azərenerji”nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişləri 240 mln. 451,9 min manat təşkil etməklə 31% və ya 108 mln. 213,1 min manat azalıb.BAKU.WS
Oxşar xəbərlər
2017-ci ildə dövlət büdcəsi 98% səviyyəsində icra olunub
Maliyyə Nazirliyi 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumatı açıqlayıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsi...