Bu il neftin orta qiyməti ilə bağlı proqnoz açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2020-ci ildə “Brent” etalon markalı neftin bir barel üçün orta qiyməti 35 ABŞ dolları səviyyəsində olacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "Fitch Ratings" agentliyi proqnozunu açıqlayıb.
Agentliyin proqnozuna əsasən, 2021-ci ildə “Brent”in bir barel üçün orta qiyməti 45 dollar, 2022-ci ildə isə 53 dollar səviyyəsində olacaq.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri (Bakı vaxtı ilə saat 12:05-ə olan məlumat) 1,87% artaraq 1 barelə görə 28,34 dollar təşkil edib.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...