Bu il DSMF-nin gəlirləri 17 %-dək artıb
27
iyl
2023
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin icrası vaxtında təmin edilib.
BAKU.WS xəbər verir ki, bunu DSMF-nin sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Belə ki, bu ilin yanvar-iyun aylarında Fondun gəlirləri 3 milyard 270,7 milyon manat olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,6 % çoxdur.
O bildirib ki, hesabat dövründə Fondun xərcləri 3 milyard 009,4 milyon manat olub: "Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 % artıb".
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...