Bu il Ceyhan terminalından 154 mln barel neft nəql edilib

Bu il Ceyhan terminalından 154 mln barel neft nəql edilib
İqtisadiyyat 56

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 154,02 mln barel xam neft nəql edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu həcmdə xam neft 202 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,514 mlrd barel neft 4 583 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər