BTC ilə bugünədək nəql olunan Azərbaycan neftinin həcmi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə bugünədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib.
Bu barədə BAKU.WS-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 20 il əvvəl – 2006-cı ilin 4 iyun tarixində BTC boru kəməri ilə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker yola salınıb.
BTC boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından hasil edilən neft və "Şahdəniz" yatağından hasil olunan kondensat Azərbaycandan nəql edilir. BTC boru kəməri Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.
2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanılıb və xam neft Ceyhan terminalına 2006-cı il mayın 28-də çatıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...