“Brent” neftinin bu il üçün orta qiyməti üzrə proqnoz açıqlandı

“Brent” neftinin bu il üçün orta qiyməti üzrə proqnoz açıqlandı
İqtisadiyyat 90

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, bu il "Brent" markalı neftin qiyməti orta hesabla 38 ABŞ dolları (bir barel üçün) təşkil edəcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, EAI tərəfindən verilən may proqnozu ilə müqayisədə 4 dollar çoxdur. Ötən il bu göstərici 64,37 dollara bərabər olub.

Agentlik bildirir ki, 2021-ci ildə "Brent" neftinin bahalaşması müşahidə ediləcək. Belə ki, proqnozlara əsasən, gələn il sözügedən markalı neftin qiyməti 48 dollara yüksələcək, bu da ötən ay verilən proqnoz göstəricisinə bərabərdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər