“Brent” markalı neftin qiyməti təxminən 8% artdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin uğurlu sınaqları ilə bağlı xəbərlərdən sonra dünya bazarlarında neft qiymətləri təqribən 8% artıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 16:07-yə olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 7,88% artaraq bir barel üçün 42,56 ABŞ dollarına, WTI markalı neftin dekabr fyuçersləri isə 8,37% artaraq bir barel üçün 40,25 ABŞ dollarına çatıb.
Artım koronavirusa qarşı peyvəndlə bağlı xəbərlərin yayımlanmasından sonra kəskin şəkildə sürətlənib. “BioNTech” şirkəti “Pfizer” ilə birgə hazırladığı peyvəndin COVID-19 infeksiyasının qarşısının alınmasında 90%-lik effektivlik göstərdiyini və peyvəndin ABŞ-da qeydiyyata alınması üçün müraciətin artıq noyabr ayında edilə biləcəyini açıqlayıb.
Oxşar xəbərlər
OPEC+ çərçivəsində hasilatın azaldılması tədbirlərinin icrası SOCAR-a tapşırılıb
Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neft...