"Brent" markalı neftin qiyməti son 14 ayın minimumuna düşüb
Londonun ICE birjasındakı ticarət zamanı "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 28 iyun 2023-cü il tarixindən bəri ilk dəfə bir barel üçün 72 ABŞ dollarından aşağı düşüb.
Bu barədə BAKU.WS "Report"a istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 18:44-də birjada "Brent" markalı neftin bir barelinin qiyməti 1,02 % ucuzlaşaraq 71,95 ABŞ dollara düşüb.
Qlobal iqtisadi fəallığın zəifləməsi ilə bağlı siqnallar bazara təsir etməkdə davam edir və treyderlərin neftə tələbat perspektivləri ilə bağlı narahatlıqlarını artırır.
SEB analitiki Ole Hvalbe hesab edir ki, treyderlər neft və neft məhsullarına tələbin ehtimal azalacağına dair siqnallara diqqət yetirirlər və bu, müsbət bazar siqnallarına mane olur.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub. BAKU.WS xəbər verir ki, bu barədə iq...