“Brent” markalı neftin qiyməti 78 dollara düşüb

“Brent” markalı neftin qiyməti 78 dollara düşüb
İqtisadiyyat 26

Londonun ICE birjasında “Brent” markalı neftin 2023-cü ilin iyul ayında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 ABŞ dollarına düşüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 22:33-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin dəyəri 3,43% azalaraq 77,99 dollar olub. Saat 22:45-də “Brent” markalı neftin bir barelinin qiyməti 77,73 dollar (-3,75%) təşkil edib.

Eyni zamanda 2023-cü ilin iyun ayında tədarük üçün nəzərdə tutulan WTI markalı xam neftin fyuçersləri 4,35% ucuzlaşaraq bir barel üçün 74,09 ABŞ dolları olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər