“Brent” markalı neft bahalaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarlarında neft qiymətləri Çinə ABŞ-dan idxalatla bağlı xəbərlərin də təsirilə artmağa davam edir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu gün səhər Şimal dənizinin “Brent” markalı neftinin qiyməti 0,89 faiz bahalaşaraq 45,2 ABŞ dollarına, Şimali Amerikanın WTI markalı neftin də qiyməti 1,05 faiz bahalaşaraq 42,54 ABŞ dollarına satılıb.
Bundan əvvəl “Reuters” xəbər vermişdi ki, Çin dövlət neft şirkətləri avqust və sentyabr ayları ərzində 20 milyonadək barel ABŞ neftini daşımaq üçün tankerlər kirayələyib.
Xatırladaq ki, Çin neftin ən iri istehlakçısı, ABŞ da ən iri istehsalçısıdır.
Avqustun 17-də OPEC+ texniki komitəsinin, 18-də isə Nazirlər Monitorinq Komitəsinin iclasları nəzərdə tutulub.
Oxşar xəbərlər
OPEC+ çərçivəsində hasilatın azaldılması tədbirlərinin icrası SOCAR-a tapşırılıb
Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neft...