Braziliya 2035-ci ilə qədər istixana qazı emissiyasını 67 % azalmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliya 2035-ci ilə qədər istixana qazı emissiyasını 2005-ci illə müqayisədə 67 % azaltmağı planlaşdırır.
BAKU.WS "Report"a istinarən xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kuluarlarında jurnalistlərə açıqlamasında Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin bildirib.
O qeyd edib ki, Braziliyanın İkinci Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi (NDC) ölkənin 2035-ci ilə qədər istixana qazı emissiyasını 2005-ci illə müqayisədə 59-67 % azaltmaq öhdəliyini nəzərdə tutur: "Yeni hədəfə nail olmaq üçün 2035-ci ildə emissiyanı 850 milyon tondan 1,05 milyard tona qədər azaltmaq lazımdır".
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...