"Bitcoin" və "Ethereum" bahalaşdı
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlər üzrə müsbət dinamika qeydə alınıb.
BAKU.WS-in CoinMarketCap platformasına istinadən verdiyi məlumata görə, qlobal kriptobazarın ümumi kapitallaşması 1,02% artaraq 2,54 trilyon ABŞ dollarına yüksəlib.
Bazarda lider mövqedə olan "Bitcoin" son sutkada 1,38% bahalaşaraq 75 066 dollara çatıb. Həftəlik göstəricidə isə artım 5,74% təşkil edib.
İkinci böyük kriptovalyuta olan "Ethereum" da yüksəliş nümayiş etdirib. Onun qiyməti son 24 saatda 1,52% artaraq 2 357 dollar olub. Həftə ərzində isə 8,11% artım qeydə alınıb.
Digər aktivlərdən BNB 1,54% bahalaşaraq 624,41 dollara, Bitcoin Cash 2,19% artaraq 442,99 dollara, Aave isə 5,61% yüksələrək 106,45 dollara çatıb.
Eyni zamanda bəzi kriptovalyutalarda azalma müşahidə olunub. Monero 0,34% ucuzlaşaraq 341,97 dollar, Zcash isə 3,13% azalaraq 341,74 dollar səviyyəsində qərarlaşıb.
Qızıl əsaslı aktivlərdə isə artım davam edib. PAX Gold 0,04%, Tether Gold isə 0,17% bahalaşıb.
Mütəxəssislər hesab edir ki, bazardakı yüksəliş iri investorların geri qayıtması və qlobal risk iştahının artması ilə əlaqədardır.
Oxşar xəbərlər
Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb
Azərbaycanda bank sistemindənkənar pul köçürmələrinin həcmi artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilir. Cari...