BBF-in İdarə Heyəti Vaşinqtonda Beynəlxalq İqtisadi İnkişaf Şurasının rəhbəri ilə görüşüb - FOTO
27
sen
2018
16:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Baku Business Factory”nin (BBF) İdarə Heyəti Vaşinqtonda (ABŞ) Beynəlxalq İqtisadi İnkişaf Şurasının (BİİŞ) rəhbəri Cefri Finkl (Jeffrey Finkle) ilə görüşüb. BAKU.WS xəbər verir ki, görüşdə C.Finkl BİİŞ-in fəaliyyəti barədə məlumat verib, ABŞ təcrübəsindən danışıb. Tərəflər Azərbaycanda startap ekosisteminin daha sürətlə inkişaf etdirilməsi məqsədi ilə inkubasiya və akselerasiya mərkəzləri üçün təcrübə mübadiləsini və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, BİİŞ-in 5 min üzvü var və dünyanın ən iri iqtisadi developer təşkilatıdır. Onun əsas missiyası iş yerlərinin artırılmasını təşviq etməklə sosial rifahın və həyat səviyyəsinin artırılmasına töhfə verməkdir.BBF isə 2015-ci ilin may ayında yaradılıb. Onun əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək, perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.BAKU.WS

Oxşar xəbərlər
Prezident AİB-in direktorlar şurasını qəbul edib
Prezident İlham Əliyev iyunun 22-də Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasın...