Baş bankir bahalaşmadan DANIŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ildə Azərbaycanda fiskal sabitlik təmin edilib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov 2022-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə əsasən, dövlət borcunun səviyyəsi məqbuldur. Elman Rüstəmov bildirib ki, 2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası artıb.
O xarici təsirlər milli iqtisadiyyatda inflyasiyasının səviyyəsinə təsir edir.
“Biz artıq inflyasiyanın hədəflənməsi rejiminə keçmişik. Bu, iqtisadiyyatda inflyasiyasının trayektorasını müəyyən edəcək”, - deyə Elman Rüstəmov əlavə edib.
O bildirib ki, Azərbaycanda bəzi məhsulların qiymətinin bahalaşması təbii amillərlə əlaqədar olsa da, bəziləri süni qiymət artımına məruz qalır.
Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...