Banklar dolları bahalaşdırdı

Banklar dolları bahalaşdırdı
İqtisadiyyat 1020
 

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklar 1 dolları 1.6550 manatdan baha alır, 1.7250 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə "Günaybank” dolların alışını bahalaşdırıb, satışını ucuzlaşdırıb: alışı 1.7000 manatdan 1.7100 manatadək, satışı 1.7280 manatdan 1.7350 manatadək.

"NBC Bank” həmçinin dolların alışını bahalaşdıraraq, satışını ucuzlaşdırıb: alış 1.6800 manatdan 1.6950 manatadək, satış 1.7400 manatdan 1.7350 manatadək.

 Pakistan Milli Bankının Bakı filialı dünənin axşam saatları ilə müqayisədə yalnız dolların alışını ucuzlaşdırıb: 1.6800 manatdan 1.6700 manatadək. "VTB Bank Azərbaycan” isə dolların alışını 1 qəpik bahalşdırıb: 1.6600 manatdan 1.6700 manatadək.

"Naxçıvanbank” yalnız dolların satış məzənnəsini 2 qəpik bahalaşdırıb: 1.7300 manatdan 1.7500 manatadək.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda banklar dolları ucuzlaşdırdı

Azərbaycanda banklar dolları ucuzlaşdırdı

Bu gün ölkənin bir neçə bankı dolların satış və alış qiymətlərini ucuzlaşdırıb. BAKU.WS fins.az-istinadən xəbər verir ki, səhər saatlarında banklar 1 dolları 1...

19 İqtisadiyyat 11:30 06 mart 2017

Son xəbərlər