Azərbaycanda banklar dolları ucuzlaşdırdı

Azərbaycanda banklar dolları ucuzlaşdırdı
İqtisadiyyat 3587

Bu gün ölkənin bir neçə bankı dolların satış və alış qiymətlərini ucuzlaşdırıb.

BAKU.WS fins.az-istinadən xəbər verir ki, səhər saatlarında banklar 1 dolları 1,7100 manatdan baha alır, 1,7700 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, istirahət günləri "Günaybank” dolları 1,7560 manata alırdı. İndi isə alış 1,7540 manata düşüb.

"NBC Bank” da alış qiymətlərini ucuzlaşdırıb: 1,7450 manatdan 1,7400 manatadək.

"AtaBank” ötən gün dolları 1,7950 manata satırdı. Bu səhər isə bank 1 dolları 1,7850 manata satır.

"Amrahbank” da dollar satışını ucuzlaşdırıb. Ötən gün ABŞ valyutasını 1,7800 manata satan bank bu gün 1,7750 manata satır.

"Bank Silk Vey” isə əksinə, dolların satışını bahalaşdırıb. İndi bank ABŞ valyutasını 1,7780 manata satır. Həftəsonu isə bu məzənnə 1,7650 manat idi.

"Unibank” alışı bahalaşdırıb, satışı ucuzlaşdırıb: Belə ki, bank dolların alışını 1,7510 manatdan 1,7540 manata qaldırıb. Bu bankda ABŞ valyutasının satışı isə 1,7760-dan 1,7750 manata düşüb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda banklar dolları bahalaşdırdı (MƏZƏNNƏ)

Azərbaycanda banklar dolları bahalaşdırdı (MƏZƏNNƏ)

Bu gün də banklarda Dolların qalxması müşahidə olunur. "Marja” xəbər verir, ötən həftənin son iş günü 1 dolları 1.74 manatdan alan və 1.84 manatdan satan "Ata...

4819 İqtisadiyyat 10:52 20 fevral 2017

Son xəbərlər