Banklar dollar alışını dayandırdı - Ölkədə nə baş verir?

Banklar dollar alışını dayandırdı - Ölkədə nə baş verir?
İqtisadiyyat 8269
 

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarının alışını dayandırıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, banklar dollar bolluğu yaşandığı üçün indi də valyutanın alış əməliyyatlarına fasilə verib. Dolların satışı isə 1,6900-1,7060 AZN/USD məzənnə diapazonunda aparılır.

Qeyd edək ki, "qara bazar"da isə dolların satışı 1,63 manata kimi qədər geriləyib. Dolların məzənnəsinin sabah və bayram günlərində 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bugünki valyuta hərracına Dövlət Neft Fondu ilə birlikdə 300 mln. dollar çıxarıb və bütün məbləğ satılıb. Qeyd edək ki, AMB-nin cari məzənnəsi nəzərə alınmaqla kommersiya bankları tətbiq olunan +/-4%-lik marja ilə dolların alışını minimum 1,5747 AZN/USD məzənnəsi apara bilər.

BAKU.WS

Oxşar xəbərlər

Dolların “qara bazar” qiyməti 1,70 manat oldu

Dolların “qara bazar” qiyməti 1,70 manat oldu

Bankların dollar satışına limit tətbiq etməsi "qara bazar”ın aktivləşməsinə səbəb olub. Hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır. "Qara...

3224 İqtisadiyyat 14:52 25 avqust 2016

Son xəbərlər