Bakıda "StartupFest 2019" festivalı keçirilib

Bakıda StartupFest 2019 festivalı keçirilib
İqtisadiyyat 188

Bakıda 21-26 noyabr tarixində "StartupFest 2019" adlı beynəlxalq festival keçirilib.

BAKU.WS xəbər verir ki, festival çərçivəsində Bakı və Gəncə şəhərində nəzərdə tutulan tədbirlər, panel sessiyaları baş tutub.

Tədbirdə müxtəlif spikerlər startaplar və innovasiyalar mövzusunda çıxış ediblər. Festival 600-dən çox mövzuda 2 milyondan artıq sahibkarları birləşdirən, maarifləndirən və ruhlandıran ən böyük müstəqil startup cəmiyyətidir.

Qlobal cəmiyyətimizin təməl nöqtəsi, böyük şirkətlər qurma yolunda əldə olunan dərsləri bölüşən müvəffəqiyyətli yerli qurucular, innovatorlar, müəllimlər və investorların iştirak etdiyi aylıq tədbirlərdir.

Qeyd edək ki, "StartupFest" 21-26 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən təşkil olunan beynəlxalq tədbirdir.

"StartupFest" yalnız startaplara həsr olunub və Azərbaycanda ilk dəfə keçirilib. Konfransa "TEDx", "Techstars", "Startup Weekend Fintech", "DevopsDays", "Fun Baku", "Product Hunt Meetup" kimi beynəlxalq tədbirlər daxildir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər