Bakıda mənzil bazarında qiymətlərlə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Son dövrlərdə Bakıda mənzil bazarında aşağı aktivlik qeydə alınıb. Aktivliyi qismən yalnız ipoteka kreditlərinin hesabına qoruyub saxlamaq mümkün olub. İlkin mərhələdə pandemiya səbəbindən qəbul olunan sərt inzibati qərarlar, onun ardınca Vətən müharibəsi, koronavirusun ikinci dalğası mənzil bazarında ciddi təsirləri ilə müşahidə olunub.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, bütün bu proseslərə baxmayaraq, mənzil bazarında qiymətlər aşağı düşməyib: “Yəni nə mənzil bazarında, nə digər seqmentlərdə əhəmiyyətli qiymət azalmaları var. Nisbi qiymət dəyişmələri müşahidə olunub ki, bu da qısamüddətli bir dövrü əhatə etdiyi üçün orta qiymətə təsir etməyib.
Yəni bütün proseslər daşınmaz əmlak bazarında aktivliyin aşağı olduğu, lakin qiymətin daha çox sabit qalması ilə müşahidə olunur və bu əslində iqtisadi nəzəriyyədən kənar bir prosesdir. Çünki aktivlik aşağı olduğu halda qiymətlər də ucuzlaşmalıdır, lakin qiymətlər daha çox sabit qalıb”.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib. BAKU.WS xəbər verir ki, bu barədə AMB-nin...