Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) işə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sabah başa çatacaq tədbir İqtisadiyyat Nazirliyinin, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentiyinin (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
Forumda dövlət və hökumət rəsmiləri, iş adamları və beynəlxalq investorlar iştirak edir. Tədbir çərçivəsində bir sıra anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur.
Forumda Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirəcək.
Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma təqdim edir. Tədbir iştirakçıları yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...