Bakıda fantastik qiymətə 1 sot torpaq - 1 milyon 150 min manat...
"Bakı şəhərinin mərkəzi və prestijli zonalarında torpaq sahələri artıq illərdir ki, rekord qiymətlərlə təklif olunur. Bu ərazilərdə torpağın bir sotu bəzən mənzil və ya villa qiymətini də geridə qoyur".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, ən bahalı torpaq sahələri əsasən paytaxtın mərkəzi küçə və prospektlərində cəmləşib:
"Xüsusilə Əziz Əliyev küçəsi, Fəvvarələr Meydanı kimi ərazilərdə torpaq sahələrinin ümumi dəyəri milyon manatın üzərində olur.
Paytaxtın digər prestijli nöqtələrində isə bir sot torpağın qiyməti belə formalaşır:
Nizami küçəsi (Tarqovı) - 1 milyon 150 min manat,
Neftçilər prospekti, Yeni Bulvar - 600 min - 650 min manat,
Teymur Əliyev küçəsi - 400 min - 450 min manat,
Həsən Əliyev küçəsi - 400 min - 450 min manat,
Yusif Səfərov küçəsi - 500 min manat,
Atatürk prospekti - 400 min manat,
Hüseyn Cavid prospekti - 400 min - 450 min manat,
Ağ şəhər - 500 min - 550 min manat aralığında.
Bakı ətrafında bahalı ərazilər sırasında Mərdəkan xüsusi yer tutur - burada bir sot torpaq 35 min manata, Bilgəhdə isə 30 000 – 40 000 manat civarına təklif olunur. Bəzi elit sahələrdə isə, xüsusilə sahilyanı zonalarda, torpaq qiymətlərinin 100 min manata qədər yüksəlir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib
Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş n...