Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 989,9 milyon kubmetr qaz nəql edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə 2,4 % çoxdur.
Hesabat dövrünə qazın nəqlinin 55,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 13 milyard 385,1 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 1,3 % çoxdur.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.
Oxşar xəbərlər
Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 5...