Azərbaycanda iyunun 1-dən yeni vergi güzəştləri tətbiq olunacaq

Azərbaycanda iyunun 1-dən yeni vergi güzəştləri tətbiq olunacaq
İqtisadiyyat 1422

 

İyunun 1-dən  dəmir yolu ilə nəql edilən yüklər Azərbaycandakı son dəmir yolu stansiyasından avtomobil vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa yol vergisi və dövlət rüsumundan azad olunacaq.

BAKU.WS-in məlumatına görə, yük gömrükdən keçdikdən sonra ən yaxın dəmir yolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək. Bununla bağlı Prezident İlham Əliyev "Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bu dəyişiklik daşıma xərclərinin azalmasına səbəb olmaqla yanışı Azərbaycanın  tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Dəyişikliyə əsasən ölkə ərazisində fəaliyyət göstərən xarici  yükdaşıma şirkətləri ölkə sərhədlərinə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər qət etdikləri məsafəyə görə yol vergisi və dövlət rüsümundan azad olacaqlar. Eyni qaydada Azərbaycan gömrük keçidindən ölkəyə yük gətirən avtomobilllər ən yaxın dəmir yolu stansiyasına daşınmaya görə vergi və rüsum ödəməyəcək. Güzəşt müddətinin 3 ili əhatə etməsi nəzərdə tutulur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirir ki, yenilik Azərbaycanın yükdaşıma üçün cəlbedici ölkəyə çevirəcək 

Vergi Məcəlləsinə görə əvvəllər  yükün daşınması zamanı yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayına  əsasən  müəyyən edilirdi. Belə olan halda İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri xeyli artırdı.

Dəyişikliklər eləcə də  Naxçıvan Muxtar Respublikası üçün də əhəmiyyətli ola bilər. Naxçıvan ilə Türkiyə arasında dəmir yolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad edilə bilər.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər