Azərbaycanda iyulda dollarlaşma yenidən sürətlənib
08
sen
2017
17:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il avqustun 1-nə 73,44% təşkil edib. Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.Xatırladaq ki, iyulun 1-nə bu göstərici 73,38%, yanvarın 1-nə isə 79,63% olub.Ümumilikdə depozit bazasında dollarlaşma dərəcəsi isə avqustun 1-nə 77,68% təşkil edib. Bu göstərici iyulun 1-də 76,77%, yanvarın 1-də 75,29%, ötən il avqustun 1-nə isə 80,01% təşkil edib.Kreditlərdə dollarlaşma isə avqustun 1-nə 43,58% olub. Bu göstərici iyulun 1-nə 42,65%, yanvarın 1-nə 47,32%, ötən il avqustun 1-nə isə 48,28% təşkil edib.BAKU.WS
Oxşar xəbərlər
Avqustun 22-nə manatın məzənnəsi
Avqustun 22-nə manatın məzənnəsi açıqlanıb.Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, 22.08.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına n...