Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası dondurulub
23
okt
2017
15:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri üzündən dondurulub.BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik".Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni, komplekslər hissə-hissə açılır".BAKU.WS
Oxşar xəbərlər
Azad Rəhimov: "Azərbaycan Olimpiya Oyunlarından kənarda qala bilər"
Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər. BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat...