Azərbaycanda bankları böyük təhlükə gözləyir

Azərbaycanda bankları böyük təhlükə gözləyir
İqtisadiyyat 5634
 

Banklarda müştərilərə lüzumsuz məhdudiyyətlər yaradılır və bu, bankların onsuz də gərgin vəziyyətini daha da ağırlaşdıracaq.

BAKU.WS xəbər verir ki, barədə iqtisadçı ekspert Samir Əliyev son günlərdə bank hesablarından pul çıxarmaqla bağlı müştərilər üçün yaradılan problemləri şərh edərkən bildirib:

"Müştəri öz hesabından pul çıxarmaq istəyərkən lüzumsuz yerə ondan müqavilə tələb edirlər. Müqavilə yoxdursa, onu geri qaytarırlar. Yaxud hesaba xaricdən pul daxil olursa və sənədi yoxdursa, xaricdən həmin sənəd daxil olana kimi bütün hesabı dondururlar. Bu isə iş adamının əl-qolunu bağlayır”.

Banklarda bu problemin Maliyyə Bazarlarına Nəzarət Palatasının kommersiya banklarına ünvanladığı kommersiya məktubundan sonra yarandığı bildirilir. Artıq banklar sahibkarlara verdikləri kartları da bağlayırlar və onları çek kitabçası almağa məcbur edirlər. Problem o qədər kəskinləşib ki, məsələ hətta Milli Məclisə qədər gedib çıxıb.

Parlamentdə "Banklar haqqında” qanuna dəyişikliklərə dair qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevin bankdan vəsaiti çıxarmağın mümkün olmaması ilə bağlı irad bildirib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı buna cavab olaraq bildirib ki, qanunla vergi ödəyiciləri, bizneslə məşğul olan fiziki və hüquqi şəxslər əməliyyatları nağdsız qaydada aparmalıdır.

Parlamentdə gedən bu müsahibəyə spiker Oqtay Əsədov da qatılıb və bank hesablarına yaradılan bu məhdudiyyətin götürülməsini vacib sayıb. Oqtay Əsədov bunun bankların onsuz da pis olan vəziyyətini daha da pisləşdirəcəyini vurğulayıb. Onun sözlərinə görə, ölkənin elə bankı var ki, bir gündə 5 milyon manat ziyan edir və bu yenilik bankların zərərini daha da artıracaq.   

Maliyyə Bazarlarına Nəzarət Palatasından İstiPress-ə verilən məlumata görə, Palata banklara yalnız "Nağdsız hesablaşmalar haqqında” qanuna riayət etməyi tövsiyyə edib. Yəni qanunun tələblərindən kənara çıxmayan müştəriyə bank heç bir məhdudiyyət qoya bilməz. Qanuna görə, hüquqi şəxslər ayda 30 min manatadək, fiziki şəxslər isə 15 min manatadək problemsiz pul nağdlaşdıra bilərlər.

Amma aparılan müşahidələr göstərir ki, bir sıra banklar heç bir limitə fikir vermədən hər bir müştəriyə məhudiyyət yaradırlar. Samir Əliyev yaranmış durumun həm bank müştərilərinin sayının azalmasına, həm də iqtisadiyyatda qeyri-formal, büdcə nəzarətindən kənar münasibətlərin dərinləşəcəyini bildirir:

"Bu kiçik və orta sahibkarlıq subyektlərinin rəsmiləşdərmədən işləməsinə rəvac verəcək. Bir çox müştərilər bank hesablarını, sadəcə, bağlayacaqlar. Bu isə bankların vəziyyətini ağırlaşdıracaq. Ad çəkmək yaxşı olmaz, amma bir neçə bank artıq bağlanmığın astanasındadır. Bu cür məhdudiyyətlər onların uçuruma  itələnməsində əsas rolu oynaya bilər”.

Ekspertin fikrincə, Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfinən sərtləşdirilən əslində dövlət büdcəsi vəsaitlərinin israfçılıqla nağdlaşdırılmasının qarşısının alınmasına yönəldilib: "Amma bu mübarizəni özəl biznesi iflic etməklə aparmaq olmaz. Daha münasib, bütün dünyada sınaqdan keçmiş üsullardan istifadə etmək lazımdır”,- deyə iqtisadçı ekspert bildirib.

Palata bu nüansı nəzərə almalıdır, Onsuz da manatın məzənnəsinin volatilliyi üzündən əhali banklardan vəsaitlərini çıxarır. Məsələn, Azərbaycan Mərkəzi Bankının  məlumatına görə, təkcə 2017-ci ilin fevral ayında əhali banklardan 654,4 milyon manat valyuta əmanətini çıxarıb və dollar əmanətlərinin toplam məbləği 5,638 milyard manata düşüb, yəni valyuta əmanətləri bir ayda 10% ətrafında azalıb. Göründüyü kimi, vəziyyəti şərh etməyə dəyməz.

BAKU.WS

Oxşar xəbərlər

Banklarda manat qıtlığı yaranıb

Banklarda manat qıtlığı yaranıb

İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nağd manat verməkdə çətinlik çəkir. Bank əməkdaşları bunun onlar üçün də...

1014 İqtisadiyyat 09:38 09 fevral 2017

Son xəbərlər