Azərbaycanda iki şəhidin məzarı qarət edildi
Bakıda 2 Vətən Müharibəsi şəhidinin məzarı qarət edilib.
BAKU.WS xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.
Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb.
Onun oğurlanan yeganə əşyaları (döyüş dəbilqəsi və çəkmələri) 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurmuş.
Digər şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər:
"Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar".
Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Ətraflı "Xəzər Xəbər"in videomaterialında:
Oxşar xəbərlər
Astara sakini psixotrop maddə qəbul edərək sükan arxasına keçdi – 30 gün həbs olundu
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "Vaz 21154" markalı nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlan...