Azərbaycanda 16 quru neft yatağının sahibi olan milyarderdən oğluna hədiyyə
31
avq
2017
15:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Russneft" və "Neftisa" neft şirkətlərinin sahibi, rusiyalı milyarder neft sektorundakı biznesinin bir hissəsini oğlu Səidə ötürüb.BAKU.WS "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə Mixail Qutseriyev "Forbes" jurnalına müsahibəsində bildirib."Səid sutkada 16 saat işləyir. Buna hörmət etmək lazımdır. O artıq mənim neft biznesimin payçılarındandır - mən paketimin bir hissəsini onunla bölüşdüm", - deyə milyarder qeyd edib.Bölgüdən öncə Mixail Qutseriyev şirkətlər qrupunun 70%-inə nəzarət edib, qalan 30% isə onun qardaşı Səid-Salam və qohumu Mikayıl Şişxanova məxsus olub. Mixail Qutseriyev səhmlərinin 19%-ini oğluna verib. Buna baxmayaraq, nəzarət səhm paketi hələ də M. Qutseriyevdədir.Milyarderin sözlərini Kiprin dövlət reyestrinin məlumatları da təsdiqləyir: Hazırda "Lambency Holdings" şirkətinin səhmlərinin 19%-i Səid Qutseriyevə məxsusdur. Mixail Qutseriyevə məxsus "Safmar" şirkətlər qrupu məhz "Lambency Holdings" tərəfindən "Russneft" və "Neftisa" şirkətlərini idarə edir.Qeyd edək ki, Səid "Eldorado", "M.Video" və "Texnosila" şirkətlərində də paya malikdir. Səid Qutseriyev "Eldorado" və "M.Video" şirkətlərinin Direktorlar Şurasına rəhbərlik edir, lakin onun əsas iş yeri "Fortinvest" şirkəti sayılır. Bu şirkət neft emalı və neft məhsullarının satışı ilə məşğuldur. Səid 2014-cü ildən etibarən şirkətin baş direktorudur."Forbes" jurnalının son reytinqinə əsasən Qutseriyevlər Rusiyanın ən zəngin ailəsidir.Maraqlıdır ki, səhmlərinin bir hissəsini oğluna ötürdükdən sonra Mixail Qutseriyevin sərvəti 6,3 mlrd. dollardan 5,5 mlrd. dollaradək azalıb.Qeyd edək ki, "Russneft" Rusiyada neft hasilatı həcmlərinə görə ilk onluğa daxildir. Şirkət Xəzər dənizin Azərbaycan sektorunda da hasilat həyata keçirir. "Russneft"in ehtiyatlarının həcmi 200 mln. ton təşkil edir. Qeyd edək ki, ARDNŞ rəhbərliyi 2008-ci il, fevralın 3-də M.Qutseriyevin başqasının adına şərti olaraq yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarder bir aya sərvətini 48,6 mln. dollar artırıb
2017-ci ilin yanvar ayında Rusiyanın 18 milyarderinin birgə sərvəti 7,9 mlrd. dollar artıb. BAKU.WS "APA-Economics” xəbər verir ki, bu barədə "Blooomberg” agen...