Azərbaycan üçün yeni TƏHLÜKƏ - Əgər belə davam edərsə...

Azərbaycan üçün yeni TƏHLÜKƏ - Əgər belə davam edərsə...
İqtisadiyyat 2535

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. Paralel olaraq, Azərbaycan nefti də ucuzlaşmaqda davam edir.

BAKU.WS xəbər verir ki, Azərbaycan neftinin qiyməti noyabrın 28-də 60,72 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Ekspertlər hesab edirlər ki, ucuzlaşma neft hasılatının artması ilə bağlıdır.

İqtisadçı ekspert İlham Şaban BAKU.WS-ə açıqlamasında bildirib ki. Hazırda dünyada neftin bolluğu prosesi yaşanır.

“Bundan da neft ixrac edən şirkətlər qazandılar və onlarda əminlik yarandı. 2016-cı il böhranından sonra şirkətlər bir qədər özlərinə gəldilər. Onlar kapital xərclərini artırdılar.

Neftin aşağı qiymətə olduğu dövrdə neft şirkətləri kapitallarını texnologiyaya yönəldirlər. Bunun da nəticəsində neftin maya dəyərinin qiyməti aşağı düşür. Onlar 2018-ci ildə daha çox neft hasil edə bildilər.

Neftin hasilatı da, dünya bazarında 33 milyon barelə çatdı. Ona görə də, oktyabrdan başlayaraq neftin qiymətində azalmalar başladı.

Azərbaycan nefti də brent markalı neftə bağlıdır. Rusiya tərəfi artıq proqnozlarını açıqlayıb. Cari il üçün neftin orta qiyməti 72 dollar proqnozlaşdırırdısa, gələn il üçün 62 dollar kimi götürülüb”, - deyə İlham Şaban bildirib.

Ekspert hesab etmir ki, Azərbaycanda dolların bahalaşması ilə bağlı tendensiya yaşansın:

“Ola bilər cüzi artımlar müşahidə olunsun, lakin 2014-cü ildəki kimi güclü devalvasiya olacağını güman etmirəm. Neftin ucuzlaşması ölkədə inflyasiyanın artmasına və bahalaşmaya necə təsir edib-etməyəcəyi isə dövlətin siyasətindən asılı olacaq”.

İqtisadçı ekspert Vüqar Bayramov isə BAKU.WS-ə açıqlamasında bildirib ki, neftin qiymətində ucuzlaşmalar gözlənilən idi:
“Bahalaşma olanda da mən bildirmişdim ki, bu davamlı deyil.Ucuzlaşma ona görə proqnozlaşdırılırdı ki, bazara çıxarılan neftin həcmində kəskin artım var idi. Xüsusən yay aylarında Səudiyyə Ərəbistanı tərəfindən neftin hasilatında 10 milyon barel artırılması barədə qərar və OPEC ölkələrinin bunu dəstəkləməsi qiymət ucuzlaşmasına təsir edir.Eyni zamanda İrana tətbiq edilən sanksiyalar neft bazarına olan münasibəti dəyişdirdi”, -deyə ekspert bildirib.
Vüqar Bayramov deyir ki, neftin qiyməti Azərbaycan və ölkə iqtisadiyyatı üçün çox vacib amildir:“Çünki ixracatın 90 faizi neft və neft məhsulları ilə bağlıdır. 2019-cu ildə 60 faizi neft sektoru formalaşdıracaq.2019-cu ildə qiymtə Azərbaycan üçün önəmli olacaq. Son dəyişmələr ondan xəbər verir ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır.
Əgər gələn il neftin qiyməti 59 dollardan aşağı düşərsə və uzun müddət belə davam edərsə, Azərbaycanın daxili valyuta həcminin azalmasına, xüsusən 2019-cu il Dövlət Büdcəsinin reallaşmasına imkan verməyəcək”.Dolların bahalaşmasına gəlincə, Vüqar Bayramov bunu belə izah etdi:“Manatın məzənnəsini Mərkəzi Bank müəyyənləşdirir. Lakin sözsüz ki, neftin qiyməti kəskin azalarsa, eyni zamanda Rusiyada rubl çox ucuzlaşarsa, bu manata təzyiqi artıracaq.
Bizim qiymətləndirməmiz isə deməyə əsas verir ki, əgər neftin qiyməti 55 dollardan aşağı düşərsə, manata ciddi təsir göstərəcək. Yenə də, istənilən halda qərarı Mərkəzi Bank verməlidir. Yenə də, neftin qiyməti uzun müddət kəskin ucuzlaşarsa, bu manata təsir edəcək.Bahalaşmaya gəlincə, bu birbaşa manatın məzənnəsindən asılı olacaq.Əgər manat ucuzlaşarsa, inflyasiya səviyyəsi artacaq. Əgər manatın qiyməti stabil qalarsa, bahalaşma böyük olmayacaq”.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 63,03 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi...

4 İqtisadiyyat 23:43 28 noyabr 2018

Son xəbərlər