Azərbaycan neftinin qiymətində rekord artım
03
okt
2018
23:48
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 87,10 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,16 dollar/barel çoxdur.Sonuncu dəfə Azərbaycan nefti 2014-cü ildə 87 dollar həddindən yüksək olub.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 86,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,18 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 2-də 83,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 2-də 85,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 83,56 dollar/barel təşkil edib ki, bu da bazar ertə...