Azərbaycan nefti cüzi ucuzlaşıb

09
yan
2019
23:42
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 59,63 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,06 dollar/barel azdır.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 58,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,13 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 56,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 3-ü 56,34 dollar/barel təşkil edib ki, bu da çərşənbə günün...
