Azərbaycan nefti bahalaşır

28
fev
2019
00:03
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 66,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar/barel çoxdur.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,87 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,46 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,41 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 68,6 dollar/barel təşkil edib ki, bu da çərşənbə günü...
