“Azərbaycan Hava Yolları” Bakıdan Daşkəndə birbaşa reys açır

04
iyn
2018
14:42
2018-ci il iyunun 30-dan etibarən “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır.Uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) yerinə yetiriləcək. Özbəkistanın paytaxtı zümrüd rəngli parklar, bağlar, bağçalar, büllur fəvvarələrdən ibarət nəhəng meqapolisdir. Daşkənd dünyanın bir çox paytaxtlarına xas olan müasir zərifliyi təcəssüm etdirməklə yanaşı, şərq şəhəri kimi təkrarolunmaz koloritə malikdir. Burada sanki qədim şərq nağıllarından peyda olan orta əsrlərə aid tikililər və zərif Avropa memarlığı çox gözəl uzlaşır.Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)E-mail: [email protected] BAKU.WS
Oxşar xəbərlər
Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılıb
Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında AZAL-ın iki yeni istiqaməti - Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və...
