Azərbaycan əhalisinin dollara tələbatı azalıb - STATİSTİKA
29
okt
2018
11:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 83,010 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir ki, ardıcıl yeddinci aydır banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. Sentyabr ayında banklar tərəfindən əhaliyə 237,262 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 154,253 mln. dollar alınıb.Avqust ayı ilə müqayisədə xalis nağd dollar satışında 4,6 dəfə azalma qeydə alınıb. Belə ki, bu müddətdə nağd dollar alışı 2%, satışı isə 2,3 dəfə azalıb. BAKU.WS
Oxşar xəbərlər
Banklarda dollar satışı ilə bağlı problem olduğu xəbərlərinə RƏSMİ CAVAB
Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər yerli kommersiya banklarında ABŞ dollarının satışına məhdudiyyət qoyulması, bəzi bankların dollar satmaqdan im...