"Azeri Light" neftinin qiyməti qalxdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları (1,29 %) artaraq 72,14 ABŞ dollarına yüksəlib.
BAKU.WS xəbər verir ki, Ceyhan limanında FOB bazasında bu markalı neftin qiyməti isə 0,95 dollar (1,36 %) artaraq 70,60 dollar olub.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin 1 bareli 70 dollar hesablanıb. Bununla da hazırkı qiymət büdcə proqnozunu üstələyib.
Xatırladaq ki, "Azeri Light"ın ən aşağı qiyməti 2020-ci ilin aprelində - 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda - 149,66 dollar olub.
Neft əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir. Müqavilədə SOCAR-ın payı 31,65 %-dir.
Oxşar xəbərlər
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ
16 dekabr 2025-ci il tarixindədövlət qurumlarının balansında olan müxtəlif növ nəqliyyat vasitələri hərraca çıxarılacaq. BAKU.WS-in məlumatına görə, hərrac İqt...