"Azeri Light" neftinin qiyməti artıb

Azeri Light neftinin qiyməti artıb
İqtisadiyyat 63

"Azeri Light" neftinin qiyməti artıb.

BAKU.WS xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 ABŞ dolları və ya 0,71% artaraq 74,70 ABŞ dollarına yüksəlib. 

Eyni zamanda, "Brent" markalı neftin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti 71,30 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir barelinin qiyməti isə 0,54 dollar və ya 0,74% bahalaşaraq 73,46 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında – 149,66 dollar səviyyəsində qeydə alınıb.

Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə hasil olunur. Bu müqavilədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) payı 31,65% təşkil edir.

Son xəbərlər