"Azeri Light" neftinin qiyməti 95 dolları ötüb

Azeri Light neftinin qiyməti 95 dolları ötüb
İqtisadiyyat 56

Dünya bazarında Azərbaycan neftinin "Azeri Light" markasının qiyməti artıb.

BAKU.WS xəbər verir ki, bazar mənbələrin verdiyi məlumata görə, Azərbaycan neftinin bir barelinin dəyəri 5,09 ABŞ dolları və ya 5,63 faiz artaraq 95,43 ABŞ dollarına yüksəlib.

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin may ayı üzrə fyuçerslərinin qiyməti isə 91,46 ABŞ dolları səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir bareli də bahalaşaraq 5,07 ABŞ dolları və ya 5,87 faiz artımla 91,40 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu marka üzrə neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

Son xəbərlər