"Azeri Light" neftinin qiyməti 70 dolları keçdi

Azeri Light neftinin qiyməti 70 dolları keçdi
İqtisadiyyat 18

Dünya enerji bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Belə ki, bir barelin dəyəri 0,79 ABŞ dolları və ya 1,13 faiz yüksələrək 70,36 ABŞ dollarına çatıb.

BAKU.WS xəbər verir ki, neft bazarındakı mənbənin məlumatına görə, hərracların yekununda "Brent" markalı neftin aprel fyuçersləri 71,24 ABŞ dolları səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light"ın bir bareli 0,78 ABŞ dolları (1,16 faiz) bahalaşaraq 67,77 ABŞ dolları olub.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları götürülüb. Xatırladaq ki, "Azeri Light"ın tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

Son xəbərlər