"Azeri Light" neftinin qiyməti 4 faizdən çox ucuzlaşıb
16
iyn
2026
09:59
Dünya enerji bazarında Azərbaycanın "Azeri Light" markalı xam neftinin qiymətində azalma qeydə alınıb.
BAKU.WS xəbər verir ki, son ticarət əməliyyatları zamanı "Azeri Light" neftinin bir bareli 3,95 ABŞ dolları və ya 4,36 faiz ucuzlaşaraq 86,55 ABŞ dollarına enib.
Xatırladaq ki, bu markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları olub. Ən yüksək göstərici isə 2008-ci ilin iyul ayında qeydə alınıb. Həmin vaxt "Azeri Light" neftinin bir bareli 149,66 ABŞ dollarına satılıb.
Oxşar xəbərlər
"Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı "Petkim Petrokimya Holding" şirkətinin neft-kimya sahəsindəki uzunmüddətli investisiya planı olan...