"Azeri Light" neftinin qiyməti 110 dolları keçdi
Dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 6,02 ABŞ dolları və ya 5,8 faiz bahalaşaraq 110,51 ABŞ dollarına yüksəlib.
Eyni zamanda, beynəlxalq birjalarda "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 105,96 ABŞ dolları səviyyəsində formalaşıb.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" nefti də bahalaşıb. Burada bir barelin qiyməti 6,06 ABŞ dolları və ya 6 faiz artaraq 107,39 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu marka üzrə neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
Oxşar xəbərlər
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq. BAKU.WS xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.