"Azeri Light" neftinin qiyməti 109,19 ABŞ dollarına çatdı

Azeri Light neftinin qiyməti 109,19 ABŞ dollarına çatdı
İqtisadiyyat 67

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,09 ABŞ dolları və ya 0,08% artaraq 109,19 ABŞ dollarına çatıb.

BAKU.WS-in məlumatına görə, hərracların nəticələrinə görə "Brent" markalı neftin may fyuçersləri 103,7 ABŞ dollarından satılıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" neftinin bir bareli 0,07 ABŞ dolları və ya 0,06% artaraq 105,31 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan bu il üçün dövlət büdcəsində bir barel neftin orta qiymətini 65 ABŞ dolları səviyyəsində götürüb. "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Bu neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir və müqavilə üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65%-dir.

Son xəbərlər