"Azeri Light" markalı neftin qiyməti qalxdı
Dünya bazarında Azərbaycan neftinin "Azeri Light" markası üzrə qiyməti 3,26 % və ya 2,67 ABŞ dolları artaraq 1 barel üçün 84,53 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarındakı etibarlı mənbələrdən BAKU.WS-ə məlumat daxil olub.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin mart fyuçersləri isə 80,66 ABŞ dolları səviyyəsində müəyyənləşib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində neftin hər barelinin orta qiyməti 70 ABŞ dolları nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci ilin 21 aprelində 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olaraq qeydə alınıb.
Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasil olunur. Bu yataqların işlənməsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 25 %-lik paya malikdir.
Oxşar xəbərlər
Azərbaycanla BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş...