"Azeri Light" 3 % bahalaşıb

Azeri Light 3 % bahalaşıb
İqtisadiyyat 45

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,03 ABŞ dolları, yaxud 2,66 % artaraq 78,28 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Son xəbərlər