Azərbaycanla Pakistan qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Azərbaycan və Pakistan qarşılıqlı investisiyaların təşviqi ilə bağlı müzakirələr aparılıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, onun Pakistana səfər zamanı bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşdə aparılıb.
"Azərbaycanla Pakistan iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələlərlə bağlı, qarşılıqlı investisiyaların təşviqi, enerji sahəsində əməkdaşlığı və ticarət əlaqələrinin gücləndirilməsini nəzərdə tutan layihələr barədə müzakirələr aparıb", - deyə M.Cabbarov vurğulayıb.
Pakistana səfərimiz zamanı bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar (@MIshaqDar50) ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin #iqtisadi sahədə birgə fəaliyyətinin gündəmində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi, #enerji sahəsində… pic.twitter.com/z5kFNHPYBO
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 8, 2025

Oxşar xəbərlər
Bütün yollar Azərbaycana aparır: Regionumuzda biz qərar veririk
Son dövrlərdə Avropa İttifaqının Mərkəzi Asiyaya artan marağı media səhifələrindən, ekranlardan və efirlərdən düşmür. BAKU.WS xəbər verir ki, bu barədə "Caliber...