Azərbaycanla Çin arasında "Kəmər və Yol" Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Kəmər və Yol" Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı" təsdiq edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Əməkdaşlıq Planı qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Əməkdaşlıq Planı 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...