Azərbaycanın tranzit yükdaşınmasına məsul dövlət qurumlarının rəhbərləri Bakı Limanında olublar
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Gömrük Komitəsi sədrinin vəzifələrini icra edən, sədrin birinci müavini Şahin Bağırov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və onların rəhbərlik etdiyi qurumların səlahiyyətli şəxsləri Bakı Limanına səfər edib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, səfər çərçivəsində iştirakçılar Bakı Limanında yükaşırma və tranzit yüklərin operativ daşınması proseslərini yaxından izləyiblər.
Daha sonra Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən multimodal logistik əməliyyatların və yükaşırma proseslərinin sürətləndirilməsi üçün aparılan fəaliyyətlər və perspektivlər barəsində müzakirələr aparılıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Land Rover Frelander" - 6750 AZN - QİYMƏTLƏR
19 aprel 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 16 nəqliyyat vasitəsi çıxarılıb. Hərra...